İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi Qəzza zolağına daxil olmağa hazırlaşan piyada qoşunları qarşısında çıxış edib.
Herzi Halevi qeyd edib ki, HƏMAS-ın onlara qarşı “sürprizlər” hazırladıqlarından xəbərdardırlar, lakin İsrail hərbçiləri bütün tapşırıqların öhdəsindən gəlməyə hazırdırlar: “Biz Qəzza zolağına daxil olacağıq, HƏMAS yaraqlılarını, HƏMAS-ın infrastrukturunu məhv etmək missiyasını yerinə yetirəcəyik. Qəzza sıxdır, orada çoxlu düşmən var, o hazırlaşıb, amma biz də hazırlaşmışıq” - İsrail ordusunun Baş Qərargah rəisi bildirib.