Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, danışıq əsnasında dünyadakı münaqişəli vəziyyətlər və sülhə gedən yolların müəyyənləşdirilməsinin zəruriliyi vurğulanıb.
Telefon danışığı təxminən 20 dəqiqə davam edib.
Xatırladaq ki, Papa bundan əvvəl Qəzza zolağının əhalisini xilas etməyə çağırıb. O, girovların azad edilməsini və humanitar dəhlizlərin yaradılmasını təmin etməyi də xahiş edib.