Fələstin-İsrail münaqişəsi və Livan-İsrail sərhədində gərginliyin artması fonunda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar ölkədə 50-yə yaxın özünümüdafiə bölməsi yaradılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Özünümüdafiə bölmələri, xüsusən də Kiryat-Motskin, Nahariya, Roş-Pina və Arad şəhərlərində yaradılıb.
Nazirlik bildirib ki, belə bölmələrin yaradılması və təlimi təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilir, işlər İsrail polisinin nəzarəti altında aparılır.