İran odla oynayır - İSRAİL PREZİDENTİ
YENİLƏNİB

“İran Livanda odla oynayır”.


İsrail mətbuatı xəbər verir ki, bunu İsrail Prezidenti İsxaq Hersoq fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat qarşısında çıxışında deyib.


O bildirib ki, İsrail Livandakı vəziyyəti yaxından izləyir:


“Hesab edirəm ki, “Hizbullah” və onun arxasında dayan şər imperiyası İran odla oynayır, regionda, Yaxın Şərqdə qeyri-sabitlik yaratmağa çalışırlar. Əgər “Hizbullah” bizi müharibəyə sürükləyərsə, bunun əvəzini Livanın ödəyəcəyi aydın olmalıdır”.


İsrail Prezident qeyd edib ki, Livan beynəlxalq ictimaiyyətin suveren üzvü ola bilməz, çünki “Hizbullah” üzvləri Livan pasportuna malikdir, belə ki, onlar İsrailə hücum edirlər və buna görə məsuliyyət daşımırlar: “Bu, belə ola bilməz. Beynəlxalq hüquqa əsasən, bizim özümüzü müdafiə hüququmuz var".


İsxaq Hersoq onu da bildirib ki, İsrailin şimal sərhədində “Hizbullah” döyüşçüləri ilə müharibə aparmaq niyyəti yoxdur, əksinə diqqət Qəzzada HAMAS-la mübarizəyə yönəlib.

**12:35

Fransa Prezidenti Emmanuel Makron İsrail Prezidenti İsxaq Hersoqla görüşüb.


İsrail mətbuatı xəbər verir ki, Makron həmkarına Fransanın İsraillə "çiyin-çiyinə" olduğunu və terrorla mübarizədə İsrailin tək qalmayacağını deyib.


“Mən sizinlə terror hücumlarına məruz qalmış bir ölkənin adından danışıram. Terror qruplarına qarşı mübarizə aparmaq bizim borcumuzdur”, - Fransa lideri bildirib.


O qeyd edib ki, birinci məqsəd bütün girovların azad edilməsi olmalıdır: “Biz sizinlə çiyin-çiyinəyik. Görüləsi çox şey var. Bu hadisələr heç vaxt unudulmayacaq. Bizim birinci məqsədimiz girovların azad edilməsi olmalıdır. Biz terrorçulara qarşı məqsədyönlü əməliyyatlar təşkil etməliyik.

Ölkəniz və bütün region üçün sülh, təhlükəsizlik və sabitliyin bərpası istiqamətində əlimizdən gələni edəcəyik. Biz sülh və sabitlik üçün bu gün də, sabah da burada olacağıq”, - Makron vurğulayıb.(APA)

**09:56

Fransa prezidenti Emmanuel Makronun təyyarəsi İsrailin Təl-Əviv şəhərinin Ben-Qurion hava limanına eniş edib.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Makronun səfəri həlak olanların ailələrini ziyarət etməklə başlayacaq.

 

Qeyd edək ki, HƏMAS-ın hücumu nəticəsində 30 fransız həlak olub, 7 nəfər isə itkin düşüb.

 

Məlumatlarda o da bildirilir ki, Fələstin Dövlətinin inzibati mərkəzi Ramallahda (İordan çayının Qərb sahili) Prezident Mahmud Abbasla fransalı həmkarı Emmanuel Makron arasında görüş olacaq.

 

Görüş oktyabrın 24-də keçiriləcək. 

 

Eyni gündə Fransa prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə də görüşəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.