İsrail dəniz yolu ilə ölkə ərazisinə daxil olmağa çalışan HƏMAS-ın dalğıc qrupuna zərbələr endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ordunun mətbuat xidməti teleqramda məlumat yayıb.
Məlumata görə, əməliyyat Hərbi Dəniz Qüvvələri Kibbutz Zikim bölgəsində baş tutub.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və qısa zamanda bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatına başlayıb.