ABŞ-ın Yaxın Şərqdəki bazalarına PUA hücumları...
20-DƏN ÇOX HƏRBÇİ YARALANIB

Ötən həftə ABŞ-ın İraq və Suriyadakı bazalarına pilotsuz təyyarələrin hücumu nəticəsində 20-dən çox ABŞ əsgəri yaralanıb.

 

Bu barədə “NBC News” telekanalı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına istinadən məlumat yayıb.

 

Bildirilib ki, Suriyadakı Ət-Tanf bazasında 20 əsgər, İraqdakı Ayn əl-Əsəd bazasında isə daha 4 əsgər yaralanıb. Hücumlar nəticəsində hərbi obyektlərə ziyan dəyməyib.

 

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder oktyabrın 17-dən 24-dək ABŞ və koalisiya qüvvələrinin İraqda 10, Suriyada isə 3 dəfə hücuma məruz qaldığını təsdiqləyib.

 

Bundan əvvəl şiə qruplaşmalarının döyüşçüləri ABŞ-dan qoşunlarını İraqdan və Yaxın Şərqin digər ölkələrindən çıxarmasını tələb ediblər. Bildirilib ki, “Amerika qoşunları dərhal bölgəni tərk etməlidir, əks halda onların bazalarına hücumlar davamlı olacaq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.