İsrail Müdafiə Qüvvələri (İMQ) HƏMAS-ın şimaldakı Xan Yunis batalyonunun komandiri Taysir Mubaşerin Qəzza zolağına endirilmiş aviazərbə nəticəsində öldürüldüyünü açıqlayıb.
“The Time of İsrael” xəbər verir ki, Mubaşerin daha əvvəl HAMAS-ın dəniz qüvvələrinə rəhbərlik etdiyi, həmçinin HƏMAS-da silah istehsalı ilə bağlı bir neçə vəzifə tutub.
“Mubaşerin geniş hərbi təcrübəsi var və komandir kimi terror hücumlarını idarə edib. Onun HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd Deiflə yaxın olduğu hesab edilir”, - İsrail Müdafiə Qüvvələrinin Şin Bet təhlükəsizlik idarəsi ilə birgə bəyanatında bildirilib.
Məlumata görə Mubaşer İMQ-yə qarşı bir sıra hücumların, eləcə də 2002-ci ildə Quş Katifdə Atzmona hərbi hazırlıq akademiyasına hücumun arxasında olub.