Respublikaçılar Partiyasının Luiziana ştatından olan nümayəndəsi Mayk Conson Nümayəndələr Palatasının yeni sədri seçilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Conson qalib gəlmək üçün 220 səs toplayıb.
Qeyd edək ki, o, sabiq prezident Donald Trampın qatı tərəfdarı hesab olunur. Siyasi karyerasından əvvəl Conson 20 ilə yaxın konstitusiya hüququ ilə məşğul olub.
Xatırladaq ki, oktyabrın 3-də Nümayəndələr Palatasında əksəriyyət Kevin Makkartinin spiker postundan uzaqlaşdırılmasını dəstəkləyib.