ABŞ-da dəhşətli cinayəti törədən şəxs silah ustası olub.
Men ştatının polisi Robert Kardı Lyuiston şəhərində 22 nəfəri öldürməkdə, 60 şəxsi yaralamaqda təqsirləndirsə də, onu şübhəli şəxs qismində tanımağa hələ hazır olmadığın açıqlayıb.
Amerika KİV-ləri isə R. Kartın silah ustası olduğunu və psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyini yazırlar.
Digər bir məqam isə odur ki, Robert Kard əvvəllər buna bənzər cinayətə əl atacağı ilə bağlı təhdidləri dilinə gətirib.
**09:14
ABŞ-nin Men ştatının Luisvil şəhərində atışma nəticəsində 22 nəfər həlak olub, 60-dək insan yaralanıb.
“Fox News” telekanalının məlumatına görə, restoran, mağaza və əyləncə mərkəzində cani insanlara atəş açıb.
Polis atəş açan şəxsin kimliyini təsbit edib. Bu, 40 yaşlı Robert Kard adlı şəxsdir. Onun hələ də ələ keçmədiyi bildirilir.
Hadisə hüquq-mühafizə orqanları tərəfindən terror aktı kimi qiymətləndirilməyib.
ABŞ Prezidenti Co Baydenə vəziyyət barədə məlumat çatdırılıb.