Slovakiyanın Ukraynaya hərbi yardım göstərmək istəməməsi çətin ki, bütün prosesə təsir etsin.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Slovakiyada keçirilən parlament seçkilərində qalib gələn Smer partiyasının rəhbəri Robert Fitsonun Ukraynaya hərbi yardımın dayandırılması haqqında bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Slovakiyanın Ukraynaya hərbi yardımı dayandırması prosesə təsir edə bilməz, çünki prosesin sükanının arxasında duran ABŞ-dir.
"Həqiqətən də, Slovakiyanın Ukraynaya silah tədarükündə o qədər də böyük payı yox idi, ona görə də bu, çətin ki, bütün prosesə təsir etsin. ABŞ-a gəlincə, bu prosesin əsas aparıcısı Kiyev deyil, məhz ABŞ-dir. Buna görə də, əlbəttə ki, Birləşmiş Ştatlar öz hərəkətləri, bu münaqişədə bilavasitə iştirakı ilə atəşə nə qədər yağ tökəcəksə, hər şey bir o qədər çox davam edəcək”, - deyə Kremlin sözçüsü vurğulayıb.
**13:54
Slovakiya Ukraynaya silah yardımını dayandıracaq.
AFP xəbər verir ki, bu barədə Slovakiyanın yeni seçilən Baş naziri Robert Fiko parlamentarilərlə görüşündə deyib.
"Ukraynaya silah yardımı başa çatsa da, Slovakiya qonşu ölkəyə humanitar yardım çatdırmağa davam edəcək.
Biz Ukraynaya humanitar və mülki yardımı dəstəkləyirik - bu, mənim kabinetimin rəsmi siyasəti olacaq. Biz Ukraynanı heç bir silahla təmin etməyəcəyik", - Baş nazir bildirib.
Slovakiya Baş naziri qeyd edib ki, onun ölkəsi Ukraynada tezliklə sülhün bərqərar olmasının tərəfdarıdır, lakin Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi plan real deyil, Rusiya və ABŞ bu məsələdə razılığa gəlməlidir: "Mən hərbi əməliyyatların dayandırılmasının tərəfdarıyam və planın nə olduğu məni maraqlandırmır. Onların nə ilə razılaşacağı ruslar və amerikalıların məsələsidir. Bilirsiniz ki, ukraynalılar burada heç bir rol oynamır - ruslar və amerikalılar nə ilə razılaşacaqlar, məsələ budur. Zelenskinin heç bir planını dəstəkləmirəm, çünki irəli sürülən şərtlər baxımından bunlar tamamilə real deyil".
Baş nazir Fiko bildirib ki, Avropa İttifaqı da öz rolunu Ukraynaya silah tədarükçüsündən sülhməramlıya dəyişməlidir.(APA)