Həkimlərdən ibarət ilk xarici nümayəndə heyəti “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağına daxil olub.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib ki, onlar Qəzzaya humanitar yardım aparan yük maşını karvanı ilə birlikdə anklavın ərazisinə daxil olublar.
Bir qrup xarici həkim Misir ərazisində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri ilə görüşüblər.