ABŞ HƏMAS və SEPAH üzvlərinə qarşı sanksiyalar tətbiq etdi

ABŞ HƏMAS hərəkatının üzvlərinə və İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.


“Bu gün Xarici Aktivlərə Nəzarət İdarəsi HƏMAS-la əlaqəli əsas məmurlara və maliyyə şəbəkələrinə qarşı sanksiyaların ikinci mərhələsini həyata keçirib”, - deyə məlumatda bildirilir.


Bu addımın oktyabrın 7-də İsrailə qarşı vəhşi hücumlardan sonra atıldığı dəqiqləşdirilir.


Məhdudiyyətlərə İrandakı Həmas nümayəndəsi, SEPAH-ın bəzi üzvləri, həmçinin Qəzza zolağında İranın qeyri-qanuni vəsaitlərinin HƏMAS və İslami Cihad qruplaşmasına ötürülməsi üçün kanal rolunu oynayan təşkilat daxildir.


Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb.


Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olaraq həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin insanları girov götürüblər. İsrail yerli hakimiyyət orqanlarının məlumatına görə, 300-ü hərbçi olmaqla 1,4 mindən çox insan həlak olub, 5 mindən çoxu yaralanıb.


Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib, su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.


Qəzza zolağında qurbanların sayı yerli Səhiyyə Nazirliyinin məlumatına görə, 7 mini keçib, 18 mindən çox yaralı var. Müxtəlif mənbələrə görə, 200-dən çox israilli HƏMAS-ın əsirliyindədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.