Qazaxıstanda şaxtada qəza qurbanlarının sayı 28-ə çatıb.
Senzor.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
**10:43
Qazaxıstanın Karaqanda vilayətində Kostenko şaxtasında qəza baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, faciə nəticəsində azı 21 nəfər həlak olub, daha 18 şaxtaçı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hadisə zamanı yerin altında 252 nəfər olub, onlardan 205-i çıxarılıb. Hazırda mədəndə 23 şaxtaçı qalıb və onların axtarış-xilasetmə işləri davam etdirilir.
İlkin ehtimallara görə, qəzaya səbəb metan qazının partlaması olub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “ArcelorMittal Temirtau” şirkətinin sahibi olan şirkətə sərmayə qoymağı dayandırmağı əmr edib.
“Dövlət başçısı hökumətə şaxtaçıların ailələrinə bütün lazımi yardımların göstərilməsini tapşırıb. Hökumətə şirkətlə investisiya əməkdaşlığını dayandırmaq tapşırılıb”, - Qazaxıstan hökumətinin Mətbuat Xidmətinin bəyanatında bildirilib.
Fövqəladə vəziyyətin araşdırılması üçün dövlət komissiyası yaradılıb.
Qeyd edək ki, təqribən iki ay əvvəl “Kazaxstanskaya” mədənində də faciə baş vermişdi.