Macarıstan Moskva ilə Kiyev arasında danışıqlara, əgər onlar istəsələr, ev sahibliyi etməyə hazırdır.
Bunu Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto “RİA Novosti“ xəbər agentliyinə müsahibəsində deyib.
Nazir həmçinin Rusiyaya qarşı sanksiyalara da toxunub:
“Avropa İttifaqının 12-ci anti-Rusiya sanksiyaları paketi neft-qaz və nüvə sektorlarını əhatə etsə, Macarıstan yeni sanksiyaların tətbiqinə razılıq verməyəcək.