İsrailin “WeRedEvils” haker qrupu İranın neft infrastrukturu layihələrinin idarə edilməsi sisteminin sındırıldığını bildirib.
Bu barədə gazeta.ru məlumat yayıb.
Məlumata görə, sındırılmış sistem bütün İranda yanacaq və neft tədarükünə cavabdeh olub.
“Biz həyati vacib və məxfi proqram təminatı əldə edə bildik, bu barədə ətraflı məlumat verməyəcəyik”, - qrupdan bildirilib.
Hakerlər hesab edirlər ki, İran artıq zərərin miqyasını qiymətləndirib.