Qazaxıstanın Karaqanda vilayətindəki Kostenko daş kömür şaxtasında baş verən qəzada ölən mədənçilərin sayı 45-ə çatıb.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda məlumat yayıb.
Bildirilib ki, daha bir şaxtaçının axtarışları aparılır.
**13:48
Qazaxıstanın Karaqanda vilayətindəki Kostenko daş kömür şaxtasında baş vermiş qəza nəticəsində ölən mədənçilərin sayı 42-yə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 5 mədənçinin axtarışları davam edir.
**10:45
Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.
Senzor.az bildirir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Hazırda 36 nəfərin meyiti tapılıb, 10 şaxtaçının aktiv axtarışları davam edir”, - məlumatda deyilir.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev faciə nəticəsində həlak olan şaxtaçıların ailələri və yaxınları ilə görüşüb, başsağlığı verib. Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov isə Qazaxıstanın Baş naziri Alixan Smailova başsağlığı məktubu göndəriblər.