Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə təbrik edib.
Senzor.az bildirir ki, o, Moskva ilə Ankara arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
“Əminəm ki, biz dost xalqlarımızın mənafeyi naminə, daha ədalətli və demokratik dünya düzəninin qurulması maraqları naminə ikitərəfli əlaqələrin bütün spektrini ardıcıl şəkildə davam etdirəcəyik”, - deyə Kremlin saytında dərc olunan məktubda deyilir.