ABŞ hava qüvvələri bazar günü gecə Suriyanın Deyr-əz-Zor bölgəsindəki Bukamal ərazisində İran milislərinin istifadə etdiyi obyektləri hədəf alıb.
Bu barədə “Yerusəlim Post” Suriya media orqanları, o cümlədən Əsəd rejiminə müxalif və onu dəstəkləyən mənbələrə istinadla məlumat yayıb.
Qeyd edilib ki, zərbələr ABŞ qüvvələrinə hücuma cavab olaraq endirilib.