“İsrail-Fələstin münaqişəsinin regional müharibəyə çevrilməsinin qarşısını almalıyıq” - HAKAN FİDAN
YENİLƏNİB

“İsrail-Fələstin münaqişəsinin regional müharibəyə çevrilməsinin qarşısını almalıyıq”.


Bunu Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birlikdə keçirdiyi mətbuat konfransında deyib.


O, həm İsraili, həm də Fələstini danışıqlara çağırıb: “Türkiyə atəşkəsin təmin edilməsi, beynəlxalq sülh konfransının təşkil edilməsinə dair səylər göstərir və qarant ölkələrdən biri olmağa hazırdır. Yaxın Şərqdəki digər silahlı güclər də prosesə qoşula bilər. Məhz buna görə sülhün əldə olunması çox vacibdir. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik".


H.Fidan Avropa İttifqının (Aİ) Yaxın Şərqdə sabitlikdə maraqlı olmadığını söyləyib: “Avropa İttifaqı bunu istəmir”.


Nazir hazırda Yaxın Şərqdə baş verənlərə görə Qərbi ittiham edib.

**12:57

Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş başlayıb.


Yerli KİV xəbər verir ki, görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunur.


Nazirlər həmçinin Yaxın Şərqdəki durum barədə fikir mübadiləsi aparırlar.


Görüşdən sonra tərəflərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

**12:10

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankaraya çatıb.


Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Qeyd edilib ki, Abdullahian bu gün Türkiyənin yüksək rəsmiləri ilə görüşərək Fələstində baş verən hadisələr və Qəzzadakı vəziyyəti müzakirə edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.