Sloveniyanın Türkiyədəki yeni səfiri Gorazd Rentelj etimadnaməsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, görüşdə səfirin ailə üzvləri də iştirak edib. Belə ki, səfir Türkiyə Prezidentinə həyat yoldaşını, övladlarını və səfirliyin əməkdaşlarını təqdim edib.
Qəbuldan sonra Ərdoğan Sloveniyanın səfiri, onun ailəsi və müşayiət edənlərlə xatirə fotoları çəkdirib.
“Qafqazinfo”ya istinadən həmin video və fotoları təqdim edirik: