İsraillə HƏMAS arasında müharibə şiddətlənir - BLİNKEN YAXIN ŞƏRQƏ QAYIDIR

ABŞ dövlət katibi Entoni Blinken bu gün Yaxın Şərqə qayıdır, bu, Qəzzada müharibənin getdikcə genişlənməsi fonunda onun bir aydan az müddətdə regiona 3-cü səfəridir.

 

Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə günü jurnalistlərə bildirib ki, Blinken Təl-Əvivə səfərinə baş nazir Benyamin Netanyahu ilə görüşlə başlayacaq.

 

“Dövlət katibi ABŞ-ın beynəlxalq humanitar hüquq çərçivəsində İsrailin terrordan müdafiə hüququna dəstəyini bir daha təsdiq edəcək, ABŞ vətəndaşlarının müdafiəsi, girovların dərhal azad edilməsi, Fələstinli mülki şəxslər üçün Qəzza zolağına humanitar yardımın artırılması və terrorizmin yayılmasının qarşısının alınması istiqamətində səyləri müzakirə edəcək", - deyə qurumdan bildiriblər.

 

Millerin sözlərinə görə, Blinken sonra İordaniyada dayanacaq: “Burada mülki əhalinin həyatının qorunmasının vacibliyini və Qəzza zolağına humanitar yardım çatdırmaq və fələstinlilərin Qəzza zolağından kənarda məcburi köçkün edilməməsini təmin etmək öhdəliyimizi vurğulayacaq".

 

Dövlət katibi, həmçinin zorakılığa son qoymaq, regional gərginliyi azaltmaq üçün təcili mexanizmləri müzakirə edəcək və ABŞ-ın Fələstin dövlətinin yaradılması da daxil olmaqla, Yaxın Şərqdə davamlı sülhün yaradılması istiqamətində işləmək öhdəliyini bir daha təsdiqləyəcək.

 

Bir sıra KİV-in məlumatına görə, Blinkenin bazar günü Ankaraya səfəri də gözlənilir. Lakin brifinq zamanı "Turan"ın sualına Miller səfərin bu hissəsini təsdiq edə bilməyib. "Yaxın günlərdə əlavə açıqlamalar verəcəyik" deyib.

 

Qeyd edək ki, Blinkenin səfərinin elanı ABŞ-ın ilk Amerika vətəndaşının Qəzza zolağından Misirə Rəfah keçidi vasitəsilə çıxa bildiyini təsdiqləməsindən sonra gəldi.

 

Miller Amerika vətəndaşlarının Misirə keçən əcnəbilərdən ibarət "ilk qrup"un arasında olduğunu təsdiqləyib, lakin onların sayını açıqlamayıb. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.