Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, görüş Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının “Türk Dövrü” şüarı altında keçirilən 10-cu Zirvə Toplantısı çərçivəsində baş tutub.
**
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb.
Bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, görüş Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının “Türk Dövrü” şüarı altında keçirilən 10-cu Zirvə toplantısı çərçivəsində baş tutub.
**13:52
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda səfərdədir.
Türkiyə KİV-in verdiyi xəbərə görə, dövlət başçısı Türk Dövlətləri Təşkilatının “Türk Dövrü” şüarı altında keçiriləcək 10-cu Zirvə toplantısında iştirak edəcək.
Qeyd olunub ki, toplantı zamanı liderlər Təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri müzakirə edəcək, cari, qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Noyabrın 3-ü Ərdoğanın təşkilata üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirməsi də gözlənilir.