Almaniya Ukraynaya hərbi yardım çərçivəsində yeni partiya silah-sursat göndərib.
APA xəbər verir ki, Ukrayna ordusuna təhvil verilmiş yeni silahların siyahısı Almaniya hökumətinin rəsmi internet səhifəsində dərc edilib.
Siyahıya əsasən, Ukrayna Silahlı Qüvvələrinə hərbi personal daşımaq üçün 12 ədəd zirehli texnika, 7 ədəd “Primoco ONE” kəşfiyyat dronu, helikopterlər üçün 2 ədəd raket hücumundan müdafiə sistemi, 5 ədəd yerüstü dron, 10 min ədəd qoruyucu eynək, 12 ədəd “MAN TGS” yük maşını, hərbçilər üçün 30 000 dəst qış geyimi, digər hərbi texnika və ləvazimatlar təhvil verilib.