İsrail eyni anda bir neçə cəbhədə hərbi əməliyyatlara hazırlaşmaq üçün aktiv şəkildə bomba, raket, PUA və digər silahlar alır.
Bu barədə “Ynet” portalı məlumat yayıb.
“Bu, Yəmən husilərinin İsrail ərazisinə PUA, ballistik və qanadlı raketlər atması ilə əlaqədar baş verir. Həm İsrail hərbi sənaye kompleksinin, həm də xarici ölkələrin istehsal etdiyi silahların alınmasına artıq 1,5 milyard dollara yaxın vəsait xərclənib. Təhvil verilmiş nümunələrin bəziləri artıq döyüş meydanında, eləcə də arxa müdafiəni təmin etmək üçün istifadə olunur”, - məlumatda qeyd olunub.