ABŞ dövlət katibi Entoni Blinken İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
"Times of Israel" xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken hazırda Tel-Əvivdəki Kirya hərbi qərargahında Baş nazir Benyamin Netanyahu ilə görüşdədir.
Bildirilib ki, təkbətək görüşdən sonra geniştərkibli görüş keçiriləcək.
Qeyd edək ki, görüş ABŞ dövlət katibinin İsrailə səfəri çərçivəsində baş tutub.
**11:53
ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə səfəri başlayıb.
Yerli KİV xəbər verir ki, o, Baş nazir Benyamin Netanyahu və digər rəsmi şəxslərlə görüşəcək.
Görüşlər zamanı HƏMAS-a qarşı mübarizənin və mülki əhalinin müdafiəsi istiqamətində lazım olan addımların atılması nəzərdə tutulur.
Bu, oktyabrın 7-də Yaxın Şərqdə müharibə başlayandan bəri Antoni Blinkenin İsrailə növbəti səfəridir. O, daha əvvəl oktyabrın 11-də İsraildə olub.
Qeyd edək ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib.