Ukrayna hakimiyyətini maliyyələşdirməklə Moskvanı məğlub etmək istəyən Avropa ölkələrinin Kiyevlə bağlı siyasəti uğursuzluqla nəticələnib.
Bunu Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının sammitində çıxışı zamanı deyib.
“Artıq aydın oldu ki, hələ də davam etdirilən Avropa strategiyası tam uğursuzluqdur, çünki Avropa Ukraynanın döyüşməyə davam etməsini istəyir və onları maliyyə və silahla təmin edir”, - hökumət başçısı qeyd edib.
O əlavə edib ki, region ölkələri Kiyevin qələbəsinə, Moskvanın isə məğlubiyyətinə ümid edir. Üstəlik, avropalı siyasətçilər Rusiya Federasiyasında rəhbərliyi dəyişməyə, sonra isə Rusiyanın yeni hakimiyyət orqanları ilə danışıqlara başlamağa çalışırlar.
Onun sözlərinə görə, Macarıstanın öz növbəsində hazırladığı B planı bölgədə təhlükəsizliyi və sülhü qorumağa əsaslanıb. Orban vurğulayıb ki, Macarıstan hökuməti fəal şəkildə sülhə və yeni təhlükəsizlik infrastrukturunun formalaşmasına çağırır.