HƏMAS-ın İsrailə qarşı “Əl-Əqsa Tufanı” əməliyyatı bir neçə cəbhədə yayılıb.
Bu barədə “Hizbullah” lideri Həsən Nəsrullah İsrail-Fələstin müharibəsi ilə bağlı bugünkü çıxışında bildirib.
Onun sözlərinə görə, “Əl-Əqsa Tufanı” əməliyyatı məxfi şəkildə hazırlanıb və bu məxfiliyi qorumaq üçün hətta Fələstindəki digər qruplaşmalarından da gizlədilib.
“Və bizim də bundan xəbərimiz yox idi”, - “Hizbullah” lideri əlavə edib.
Həsən Nəsrullah vurğulayıb ki, “Əl-Əqsa Tufanı” əməliyyatı 100 faiz Fələstinin verdiyi bir qərardır, icrası da 100 faiz Fələstin tərəfindən həyata keçirilib.