Nepalda baş verən zəlzələ nəticəsində azı 157 nəfər ölüb.
Bu barədə TASS xəbər verir.
Bildirilib ki, təbii fəlakət nəticəsində 170 nəfər yaralanıb.
Nepalın Baş naziri Puşpa Kamal Dahal 105 nəfərin həlak olduğu Cayarkot regionuna səfər edib. Səfərdən sonra Baş nazir bütün siyasi partiyaları, eləcə də ictimai təşkilatları zərər çəkmiş rayonların sakinlərinə kömək etməyə çağırıb.
**09:58
Nepalın qərbində baş verən güclü zəlzələ nəticəsində azı 128 nəfər ölüb, 100 nəfər yaralanıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, rəsmilər bir çox dağlıq ərazilərlə əlaqənin kəsildiyi üçün ölü və yaralı sayının artacağını gözləyirlər.
İnsan tələfatı və dağıntılar daha çox Rukum və Cayarkot rayonlarında qeydə alınıb.
**23:24(03.11.2023)
Hindistan-Nepal sərhədində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib.
“Reuters”in şahidlərə istinadən verdiyi məlumata görə, Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 bal gücündə qiymətləndirib.