Ukrayna Avropa İttifaqına daxil olmaq üçün xüsusi şərtlər tələb etmir.
Bunu bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə mətbuat konfransında deyib.
Zelenski qeyd edib ki, ölkədə islahatlar davam etdiriləcək və Ukrayna Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirəcəyini vəd edir.
Ukrayna liderinin sözlərinə görə, ölkənin antikorrupsiya sisteminin səmərəli işləməsini təmin edəcək qanunlar Kiyev tərəfindən hazırlanıb, İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu haqqında qanun layihəsi parlamentdə baxılması üçün göndərilib, həmçinin, dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində işlər aparılır.
**13:13
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukraynaya səfərinin məqsədini açıqlayıb.
"Financial Times" xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Kiyevdə jurnalistlərə açıqlamasında deyib.
"Əlbəttə ki, genişlənmə mövzusu, həm də maliyyə və hərbi dəstəyimiz gündəliyimizdə əsas mövzular olacaq. Ən vacib mesaj, Ukraynanı nə qədər vaxt lazımdırsa o müddətdə onun yanında olacağımıza əmin etməkdir", - o bildirib.
Von der Leyen, 2022-ci ilin fevralından bəri Ukraynaya altıncı səfəri zamanı müzakirələrin Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı məsələləri əhatə edəcəyini söyləyib.
Aİ rəsmisi Kiyevdə Prezident Vladimir Zelenski və digər yüksək səviyyəli Ukrayna rəsmiləri ilə görüşlər keçirəcək və Brüsselin ölkəni prioritetləşdirməyə davam etdiyi və onun Qərb istəklərini dəstəklədiyi mesajını verəcək.
Avropa Komissiyasının prezidenti də "X" hesabında Kiyevə səfəri ilə bağlı paylaşım edərək bildirib ki, o, Kiyevdə Ukraynanın Aİ-yə üzvlük yolunu, bu ölkənin "müasir, firavan bir demokratiya kimi yenidən qurulması üçün Aİ-nin maliyyə dəstəyini və Rusiyanın işğalçılıq müharibəsinin əvəzini necə ödəməyə davam edəcəyini" müzakirə edəcək.
Qeyd edək ki, Avropa Komissiyası noyabrın 8-də Ukraynanın Aİ-yə üzvlük ambisiyaları ilə bağlı irəliləyiş hesabatını açıqlayacaq.