Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə İsrailə gedəcək.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, o, İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
Səfərin dəqiq tarixi və gündəliyi açıqlanmayıb.
Liderlərin HƏMAS-la İsrail arasında davam edən müharibəni müzakirə edəcəkləri gözlənilir.