Xamenei İsmayıl Haniyə ilə görüşdü – HƏMAS TEHRANDAN NƏ İSTƏYİB?

İranın ali dini lideri Əli Xamenei Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüş zamanı Xamenei və Haniyə Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə ediblər.

 

Qeyd olunur ki, İslam Respublikasının lideri müsəlman ölkələri və beynəlxalq təşkilatlar tərəfindən qətiyyətli addımların atılmasının, Qəzza xalqına hərtərəfli və əməli dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb.

 

İsrail hakimiyyəti dəfələrlə İranın HƏMAS-ın yəhudi dövləti ərazisinə hücumunda əli olduğunu bildirib. Bundan əlavə, “The Wall Street Journal” İranın HƏMAS rəhbərliyinə İsrailə hücumu planlaşdırmağa kömək etdiyini iddia edib. Amma İran tərəfi bu cür iddiaları rədd edir.

 

Bu görüşlə bağlı daha bir maraqlı məqam. İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının baçısı Vahid Cəlalzadə deyib ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İrana son səfəri zamanı ölkədə geniş dəstək mitinqlərinin keçirilməsini istəyib.  Cəlalzadə də İsrailə qarşı bəyanat və mitinqlərin dayandırılmamalı olduğunu bildirib: “HƏMAS İran xalqından hərbi texnika və ya raket istəmir, onlar ancaq bizim dəstək aksiyaları keçirməyimizi, İsrailə qarşı şüarlar səsləndirməyimizi istəyirlər”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.