HƏMAS-ın İsrailə hücumu nəticəsində ölən Fransa vətəndaşlarının sayı 40-a çatıb.
Bu barədə Fransa KİV-i məlumat yayıb.
Bildirilib ki, HƏMAS-ın İsrailə terror hücumu nəticəsində 35 Fransa vətəndaşı ölüb.
Fransa XİN-in məlumatına görə, 9 Fransa vətəndaşı hələ də itkin düşmüş hesab olunur, onlardan bəziləri HƏMAS tərəfindən girov götürülüb.
Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini söyləyib və ölkəsinin qələbə qazanacağını vurğulayıb.