ABŞ Qəzza zolağında atəşkəsə nail olmaq istəyini bildirmək üçün İranla əlaqə saxlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian məlumat verib.
“Son üç gündə amerikalılar bizə atəşkəs əldə etmək istədikləri barədə mesaj göndərdilər”, - deyə məlumatda vurğulanıb.
Yeri gəlmişkən, “The New York Times” da Vaşinqtondakı rəsmi mənbələrinə istinadən ABŞ Prezidenti Co Bayden administrasiyasının İran və Fələstinin radikal “Hizbullah” qruplaşmasına mesajlar göndərdiyi barədə xəbər yaymışdı.