İran Prezidenti İbrahim Rəisi İsrail- HƏMAS müharibəsini müzakirə etmək üçün noyabrın 12-də Səudiyyə Ərəbistanına - İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitinə gedəcək.
Senzor.az bildirir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd olunur ki, şiə İran və sünni Səudiyyə Ərəbistanı uzun müddət İslam dünyasında rəqiblər kimi nüfuz uğrunda mübarizə aparıblar, lakin bu ilin martında Çinin vasitəçiliyi ilə münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.
Rəsmi Tehran bazar ertəsi bildirib ki, İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və şahzadə Faysal bin Fərhan telefonla münaqişəni və qarşıdan gələn sammiti müzakirə ediblər.
Xatırladaq ki, hazırda İslam Əməkdaşlıq Təşkilatına Səudiyyə Ərəbistanı sədrlik edir.
Senzor.az