“Yaxın Şərqin digər ərazilərində də əməliyyatlara hazırıq”.
“The Times of Israel” nəşri xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Hertsi Halevi deyib.
Onun sözlərinə görə, İsrail Müdafiə Ordusu döyüş təyyarələri sayəsində Yaxın Şərqin istənilən yerinə çata bilir.
H.Halevi bildirib ki, İsrail Müdafiə Ordusu HƏMAS qüvvələrinə, o cümlədən komandirlərə ağır zərbələr endirir.
Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini söyləyib və ölkəsinin qələbə qazanacağını vurğulayıb.(“Report”)