Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçiriləcək 16-cı sammitində iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində Prezident Ərdoğanın noyabrın 9-da keçiriləcək zirvə toplantısında çıxış edəcəyi, iştirakçı ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Sammit çərçivəsində “Türkiyənin təsisçilərindən biri olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin səmərəliliyinin artırılması, iştirakçı ölkələr arasında ticarət, nəqliyyat şəbəkələri və əlaqələrin yaxşılaşdırılması” kimi məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır.