Fələstin lideri Mahmud Abbasın avtomobil kortejinin atəşə tutulması ilə bağlı yayılan məlumatlar yalandır.
Senzor.az bildirir ki, bu barədə Fələstin administrasiyası məlumat yayıb.
Bildirilib ki, M.Abbas tam sağlamdır və Rəmallahda öz kabinetində işləyir.
Qeyd edək ki, bundan öncə Türkiyənin bəzi media orqanlarında Mahmud Abbasın avtomobil kortejinin atəşə tutulması və yaralananların olması ilə bağlı məlumatlar yayılmışdı.