Rusiya və Qazaxıstan prezidentləri əməkdaşlıq üzrə fəaliyyət planı imzalayıblar - YENİLƏNİB

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev Astanada keçirilən danışıqların yekunu üzrə birgə bəyanat, həmçinin 2024-2026-cı illər üçün əməkdaşlıq üzrə fəaliyyət planı imzalayıblar.


Qazaxıstan KİV xəbər verir ki, birgə bəyanat ölkələr arasında mehriban qonşuluq və müttəfiqlik haqqında sazişin imzalanmasının 10-cu ildönümünə həsr olunub.


Tərəflər bədən tərbiyəsi və idman sahəsində, Rusiya Gömrük Xidməti ilə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin qarşılıqlı fəaliyyəti üzrə əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.


Eyni zamanda, Qazaxıstanda bir neçə istilik elektrik stansiyasının tikintisi üzrə ölkələrin energetika nazirlikləri arasında əməkdaşlıq memorandumları da imzalanıb.

**14:50

Rusiya Prezidenti Vladimir Putin Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar aparıb.


Yerli KİV xəbər verir ki, dövlət başçılarının əvvəl məhdud tərkibdə görüşü olub.


Danışıqlar zamanı ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələləri, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin perspektivləri, o cümlədən aktual regional və beynəlxalq problemlər müzakirə olunub.


Daha sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçiriləcək.

**09:56

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana gedib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dövlət başçısının təyyarəsi səhər saatlarında paytaxt Astanaya enib.

 

Putinin “Akorda” dövlət iqamətgahında Tokayevlə təkbətək və geniş tərkibdə danışıqlarından sonra sənədlərin imzalanması planlaşdırılır. Kremlin materiallarında qeyd olunduğu kimi, gündəliyə ikitərəfli əməkdaşlığın perspektivləri və aktual beynəlxalq problemlər daxildir. Nəticələrdən sonra liderlər mətbuata açıqlamalar verəcəklər.

 

Proqramın ayrıca bəndi Putin və Tokayevin Rusiya və Qazaxıstanın XIX Regionlararası Əməkdaşlıq Forumunun plenar iclasında iştirakıdır (onlar videokonfrans vasitəsilə çıxış edəcəklər). Forumun özü Kostanayda keçiriləcək, onun mövzusu “Kənd təsərrüfatı güclü iqtisadiyyatın əsasıdır”dır.

 

Bundan başqa, Tokayev Rusiya liderinin şərəfinə rəsmi ziyafət verəcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.