NATO Hərbi Komitəsi Gürcüstanda səfərdədir.
APA xəbər verir ki, Hərbi Komitənin sədri admiral Rob Bauer Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ilə görüşüb.
Tərəflərin Gürcüstan-NATO hərbi əməkdaşlığını, regional təhlükəsizlik və xarici siyasət məsələlərini müzakirə etdiyi qeyd olunub.
Hərbi Komitənin üzvləri Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və Müdafiə Qüvvələrinin digər yüksək vəzifəli nümayəndələri ilə də görüş keçirib. Komitə üzvlərinin NATO-Gürcüstan Təlim və Qiymətləndirmə Mərkəzində hazırda davam edən qurumlararası “Didqori 2023” komanda-qərargah təlimləri ilə tanış olduğu qeyd edilib.