İraqın qərbindəki Ənbər əyalətində ABŞ-ın Ayn əl-Əsəd bazasına iki hücum həyata keçirilib.
“Al Mayadeen” telekanalının məlumatına görə, hərbi obyektə əvvəlcə raket zərbəsi endirilib. Daha sonra bazaya kamikadze dronları tərəfindən hücum edilib.
“Al Arabiya” telekanalı adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, ABŞ hərbçiləri pilotsuz təyyarələrin hücumunun qarşısını ala biliblər.
Xatırladaq ki, bundan 3 gün əvvəl İraq İslami Müqavimət Hərəkatı şiə silahlılarının Suriya və İraqda ABŞ-ın dörd hərbi obyektinə altı hücum təşkil etdiyi barədə məlumat yaymışdı.