“Qəzzada atəşkəs elan edilməli və humanitar yardımların çatdırılması təmin olunmalıdır”.
“Haber Global” bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında keçirilən Birgə Ərəb-İslam Fövqəladə Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, indi əsas işlərdən biri də Fələstin üçün fondun yaradılmasıdır: “Biz bərqərar olacaq sülhün qorunması üçün təminat da daxil olmaqla, səy göstərməyə hazırıq. İlk qibləmiz olan “Məscidül-Əqsa”nın yerləşdiyi Hərəmi-Şərifin müqəddəsliyinin pozulmasına da ayıq-sayıq olmalıyıq. Qüds bizim qırmızı xəttimizdir. Arzumuz budur ki, Qüds əvvəlki günlərinə qayıtsın”.
**17:27

Beynəlxalq Atom Enerjisi Agentliyi İsrailin qeydə alınmayan atom bombalarına sahib olub-olmamasını araşdırmalıdır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlığı Təşkilatının Səudiyyə Ərəbistanında keçirilən 8-ci növbədənkənar zirvəsi toplantısında çıxışı zamanı bildirib.
O, həmçinin İsrailin Qəzzada baş verənlərlə bağlı təzminat ödəməli olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Qəzzada atəşkəs elan edilməli və humanitar yardımların çatdırılması təmin edilməlidir.
**10:44
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının fövqəladə birgə sammitində iştirak etmək üçün bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedəcək.
Senzor.az “Anadolu”ya istinadla xəbər verir ki, sammitdə Ərəb və İslam dünyasının nümayəndələri baş verənlərə qarşı atılacaq konkret addımlar barədə fikir mübadiləsi aparacaqlar.
Zirvə iclasında çıxış edəcək Türkiyə Prezidentinin toplantı çərçivəsində iştirakçı liderlərlə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
Xatırladaq ki, əvvəlcə Ərəb Dövlətləri Liqası Şurasının fövqəladə iclasının və İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitinin ayrıca keçiriləcəyi güman edilirdi, lakin sonra onların birləşdirilməsinə qərar verilib.