İsrail Fələstinin radikal HƏMAS hərəkatı ilə 100-ə yaxın girovun azad edilməsi üçün danışıqlar aparır.
Bu barədə “The New York Times” (NYT) İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, 240 nəfərin təxminən yarısı mülki şəxslərdir və tərəflər böyük razılığa gələ bilsələr, girovlar azad ediləcək. Müzakirə olunan variantlardan birinə görə, HƏMAS ilk olaraq 10-20 mülki vətəndaşı azad edəcək və əgər İsrail bütün şərtləri yerinə yetirsə, daha 100 girov azad ediləcək.
Bunun müqabilində HƏMAS döyüşlərdə qısa fasilə, külli miqdarda humanitar yardım, xəstəxanalar üçün yanacaq və İsrail həbsxanalarından qadın və uşaqların azad edilməsini istəyir.
Nəşrin qeyd edib ki, Qətər danışıqlarda vasitəçi kimi çıxış edir.