Son 24 saat ərzində xarici ölkələrin 826-dən artıq vətəndaşı Qəzza zolağından “Rəfah” keçid məntəqəsi vasitəsilə Misirə keçib.
Bu barədə Misirin sərhəd xidmətinin əməkdaşı CNN telekanalına məlumat verib.
Bildirilib ki, bu, münaqişə başlayandan bəri Qəzza zolağından təxliyə edilən insanlarla bağlı rekord göstəricidir.
Qeyd edilib ki, Misirə təxliyə edilənlər arasında 9 yaralı fələstinli də var.