Devid Kemeron Böyük Britaniyanın xarici işlər naziri təyin olunub.
Yerli KİV xəbər verir ki, o, 2010-2016-cı illərdə Böyük Britaniyanın Baş naziri olub.
**
Böyük Britaniya hökumətində kadr dəyişikliyi edilib.
Bu barədə krallığın Baş naziri Rişi Sunak bildirib.
Onun sözlərinə görə, daxili işlər naziri Suella Braverman tutduğu vəzifədən azad edilib, onun yerinə xarici işlər naziri Ceyms Kleverli təyin olunub.
Yerli KİV bildirib ki, keçmiş baş nazir Devid Kemeronun Xarici İşlər Nazirliyinin yeni başçısı olacağı gözlənilir.
**13:40
Böyük Britaniyanın daxili işlər naziri Fələstinə görə vəzifəsindən azad olunub.
Bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Baş nazir Rişi Sunak Britaniyanın daxili işlər nazirini vəzifəsindən azad edib.
Rişi Sunak daxili işlər naziri Suella Breyvermana onun hökumətdən getməsini istədiyini bildirib. Daxili işlər nazirinə başqa vəzifə təklif olunmayıb.
Xatırladaq ki, daxili işlər naziri polis və Fələstinə dəstəklə bağlı yürüşlər haqqında söylədiyi şərhlərdən sonra tənqid olunub. Böyük Britaniya müxalifəti onu "nifrət nitqi yaymaqda" ittiham edib . Suella Breyverman Fələstinə dəstək nümayişlərini "nifrət yürüşləri" adlandırıb və polisi etirazları idarə edərkən "ikili standartlarda" ittiham edib.