İsrail Prezidentin oğlu da döyüşür - QƏZZADADIR
FOTO

İsrail Prezidenti İshaq Hersoqun oğullarından biri Qəzza zolağında döyüşür.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Prezidentin xanımı Mixal Hersoq açıqlama verib.

 

“Oğullarımızdan biri hərbi xidmətə çağırılıb və Qəzzadadır. Mən şəxsi işlərimizdən danışmağı xoşlamıram. O, bir müddətdir ki, oradadır, amma ümidimiz var”, - deyə Mixal Hersoq vurğulayıb.


Cütlüyün üç oğlu var: Noam, Matan və Roi. Mixal onlardan məhz hansının Qəzzada olduğunu dəqiqləşdirməyib.


Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu, 29 yaşlı Avner Netanyahunun səfərbər olunaraq cəbhəyə yollandığı barədə məlumat yayılmışdı. 

Avnerin konkret olaraq harada xidmət keçdiyi və antiterror əməliyyatı zamanı nə etdiyi barədə məlumat açıqlanmır. 

 

Yeri gəlmişkən, Avner Baş nazirin üç övladının ən kiçiyidir. Ondan başqa siyasətçinin 45 yaşlı qızı və 32 yaşlı oğlu da var.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.