“Əş-Şəfa” xəstəxanasında silah, avadanlıqlar və HƏMAS-ın komanda mərkəzi aşkar edilib.
Senzor.az bildirir ki, İsrail ordusunun (ÇAXAL) yaydığı məlumatda belə deyilir.
“Xəstəxananın digər bölməsində hərbçilər HƏMAS-a məxsus operativ komanda mərkəzi və texnoloji vasitələr tapıb”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, bundan öncə İsrail ordusunun xəstəxananı nəzarətə götürdüyü barədə məlumat yayılmışdı.
**10:06 (15.11.2023)
İsrail ordusu Qəzza zolağının ən böyük xəstəxanası olan "Əl-Şifa" ərazisində əməliyyata başlayıb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Kəşfiyyat məlumatlarına və əməliyyat zərurətinə əsaslanaraq, İsrail ordusu "Əl-Şifa" xəstəxanası ərazisində HƏMAS-a qarşı dəqiq və məqsədyönlü əməliyyat keçirir”, - məlumatda bildirilir.
Qeyd olunur ki, xəstəxanadakı əməliyyatda iştirak edən ordu qüvvələri arasında “bu çətin və həssas mühitdə HƏMAS-ın canlı qalxan kimi istifadə etdiyi mülki şəxslərə zərər verməmək üçün” xüsusi təlim keçmiş tibbi qruplar və ərəbdilli şəxslər var.
Mətbuat xidməti yazır ki, İsrail dəfələrlə HƏMAS-ın xəstəxanadan hərbi istifadəsinin "onun beynəlxalq hüquq çərçivəsində qorunan statusunu təhlükə altına qoyduğu barədə xəbərdarlıq edib və bu qeyri-qanuni sui-istifadəni dayandırmaq üçün kifayət qədər vaxt verib".
"Biz xəstəxanada olan bütün HƏMAS terrorçularını təslim olmağa çağırırıq", - məlumatda vurğulanıb.