Qərb Ermənistanı Rusiyadan qoparmağa çalışır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Ukrayna ilə bağlı planları tamamilə iflasa uğrayan Qərb indi də eyni formada Ermənistandan yapışıb", - M.Zaxarova vurğulayıb.
Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın Minskdə KTMT sammitində iştirakdan imtina etməsini, ölkəyə Qərb silahlarının tədarükünün çoxalmasını, İrəvan və Kiyevin dostluğunu eyni zəncirin halqaları kimi dəyərləndirib: "Lakin mənə elə gəlir ki, bu, əsarət zənciridir".