ABŞ-dan əlavə böyük yardımın olmaması Ukraynanın müdafiə qabiliyyətinə mənfi təsir göstərəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə deyib.
“Bizim səlahiyyətimizdə və əlimizdə olan vəsaitlər tükənmək üzrədir. Bu isə Ukraynanın özünü müdafiə etmək qabiliyyətinə zərərli təsirlə müşayiət olunacaq”, - deyə o bildirib.