Qəzza zolağında növbəti müvəqqəti atəşkəs elan olunub.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) sözçüsü Avihay Edri bildirib.
Onun sözlərinə görə, Bakı vaxtı ilə 12:00-dan 16:00-a kimi İsrail ordusunun Qəzza şəhərində döyüş əməliyyatlarının növbəti dəfə dayandırılması elan edilib.
İDF rəsmisi onu da əlavə edib ki, Tel əl-Hava, Əl-Səbra, Əl-Zeytun əl-Qarbi və Cəbəliyə (həmçinin Qəzza şəhərinin bir hissəsi) bölgələrindəki sakinlərin təxliyəsi üçün humanitar dəhliz yenidən Bakı vaxtı ilə saat 18:00-a qədər fəaliyyət göstərəcək.
Təxliyə marşrutu Səlahəddin yolu ilə anklavın cənubuna doğru hərəkət edəcək.