Pedro Sançez yenidən İspaniyanın Baş naziri seçilib.
Xarici KİV xəbər verir ki, İspaniya parlamenti Sançezi növbəti dəfə bu posta təsdiqləyib. Parlamentdə keçirilən səsvermədə 179 deputat qərarın lehinə, 171 deputat isə əleyhinə səs verib.
Sançezin ikinci müddətə Baş nazir seçilməsində Kataloniya və Bask millətçiləri də daxil olmaqla, kiçik regional partiyaların dəstəyinin önəmli rol oynadığı bildirilir.